Dəstək
Necə kömək edək?
Canlı söhbət, ticket və ya zəng — sizə uyğun yolu seçin. Hosting, VPS, domen və ödənişlərlə bağlı hər sualda yanınızdayıq.
Tez-tez verilən suallar
Ödənişdən sonra xidmət nə vaxt aktivləşir?
Reseller hosting ödəniş təsdiqlənən kimi avtomatik açılır və giriş məlumatları e-poçtunuza göndərilir. VPS və dedicated serverlər təhlükəsizlik üçün komandamız tərəfindən qurulur.
Paylaşılan (adi) hosting satırsınız?
Xeyr — biz reseller hosting, VPS və fiziki (dedicated) serverlər təqdim edirik. Bir sayt üçün ən kiçik VPS və ya reseller planı uyğundur; seçməkdə çətinlik çəkirsinizsə, canlı söhbətdə yazın.
Hansı ödəniş üsulları var?
Bank kartı ilə onlayn ödəniş edə bilərsiniz. Balansınızı əvvəlcədən artırıb fakturaları avtomatik ödəmək də mümkündür.
Mövcud saytımı köçürə bilərəm?
Bəli. Dəstək komandamıza müraciət edin, köçürmədə kömək edək.
Müddət bitəndə nə olur?
Müddət bitməzdən əvvəl faktura və xatırlatmalar göndərilir. Ödəniş gecikərsə xidmət müvəqqəti dondurulur və ödənişdən dərhal sonra avtomatik bərpa olunur.
Spam, fişinq, zərərli proqram barədə xəbər verin