Müştəri məmnuniyyəti bizim üçün önəmlidir. Bu Geri Qaytarma Siyasəti təqdim etdiyimiz xidmətlər üzrə ödənişlərin hansı hallarda geri qaytarıla biləcəyini müəyyən edir. Xidmətlərimizi sifariş etməklə bu siyasətlə razılaşdığınızı qəbul etmiş olursunuz.
Shared Hosting paketləri üçün xidmət aktivləşdirildiyi tarixdən etibarən **14 (on dörd) gün** ərzində geri qaytarılma tələbi təqdim edilə bilər.
Geri qaytarma yalnız ilk dəfə alınan hosting xidməti üçün keçərlidir. Eyni müştərinin yenilənmiş xidmətləri və ya əlavə sifarişləri bu siyasətə daxil deyil.
Aşağıdakı xidmətlər üzrə ödənişlər geri qaytarılmır:
* Domen qeydiyyatı, yenilənməsi və transferi;
* VPS (Virtual Private Server) xidmətləri;
* Dedicated Server xidmətləri;
* Lisenziyalar və proqram təminatı;
* SSL sertifikatları;
* Xüsusi sifariş əsasında təqdim edilən xidmətlər;
* Üçüncü tərəf xidmətləri.
Müddəti bitmiş və yenilənmiş xidmətlər üçün edilən ödənişlər geri qaytarılmır. Müştərilər xidmətlərinin avtomatik və ya manual yenilənmə tarixlərini izləməyə məsuldurlar.
Xidmət aşağıdakı hallarda dayandırılarsa və ya ləğv edilərsə, geri qaytarma həyata keçirilmir:
* Qanunsuz fəaliyyət;
* Spam göndərilməsi;
* Zərərli proqramların yerləşdirilməsi;
* Şəbəkəyə və ya serverlərə hücum cəhdləri;
* Xidmət Şərtlərinin pozulması.
Geri qaytarma tələbləri müştəri paneli vasitəsilə və ya dəstək bölməsinə müraciət etməklə təqdim edilməlidir.
Müraciətlər yoxlanıldıqdan sonra uyğun hesab edildiyi təqdirdə geri qaytarma prosesi başlanılır.
Şirkət bu Geri Qaytarma Siyasətinə istənilən vaxt dəyişiklik etmək hüququnu özündə saxlayır. Yenilənmiş siyasət veb-saytda dərc edildiyi andan etibarən qüvvəyə minir.